Oqtay Gülalıyevin vəziyyəti ağırlaşıb

Oqtay Gülalıyevin vəziyyəti ağırlaşıb
  06 Avqust 2021    Oxunub:1209
Bu gün hüquq müdafiəçisi Oqtay Gülalıyev müayinə və müalicəsinin davam etdirilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən EGE Hospitalına köçürülüb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Azvision.az - a verilən məlumata görə, hazırda həmin tibb müəssisəsində xəstənin instrumental və laborator müayinələri aparılır.

Reanimasiya bölməsinə yerləşdirilən xəstənin vəziyyəti həkimlər tərəfindən stabil ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, O.Gülalyevin qarın boşluğunda olan qastrostomik boru çıxdıqdan sonra o M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət etmişdir. Müayinə və müalicədən sonra evə yazılan xəstənin halı sonradan pisləşmiş və təkrar olaraq Mərkəzə müraciət etmişdir.

O.Gülalıyevin müayinə və müalicə xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanır.

Azvision.az



Teqlər:



Xəbər lenti