İrana yeni təyin olunan səfir Prezidentə təşəkkür etdi

 İrana yeni təyin olunan səfir Prezidentə təşəkkür etdi
  07 Avqust 2021    Oxunub:2770
Bu gün Prezident tərəfindən Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin edilməyim mənim üçün böyük şərəf oldu.
Azvision.az xəbər verir ki, bunu səfir Əli Əlizadə “Facebook”da yazıb.
"Qərbi Azərbaycana qayıdış sülh gündəliyimizin bir hissəsidir" - Mətin Kərimli

“Bu etimadı doğrultmaq və dostluq münasibətlərimizin möhkəmlənməsinə töhfə vermək üçün əlimdən gələni edəcəyəm. Cənab Prezidentə inam və etimadı üçün çox minnətdaram!”, - diplomat vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Ə.Əlizadə ölkəmizin Pakistanda səfiri vəzifəsində çalışıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Azərbaycan   İran   Səfir  



Xəbər lenti