Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

   Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
  07 Avqust 2021    Oxunub:2109
Avqustun 7-si saat 14:20-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Arazdəyən-Sədərək istiqamətində mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutub.
Bu barədə Azvision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azvision.az


Teqlər: Ermənistan   Atəşkəs   Naxçıvan   Sədərək  



Xəbər lenti