Mingəçevir su anbarında köməksiz qalanlar xilas edildi

Mingəçevir su anbarında köməksiz qalanlar xilas edildi
  07 Avqust 2021    Oxunub:1013
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında 3 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması (hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq) barədə məlumat daxil olub.
Nazirliyikdən Azvision.az -a verilən məlumata görə, xilasetmə məntəqəsindən təxminən 5 km aralı, nəzarətsiz ərazidə içərisində 3 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

Azvision.az


Teqlər: FHN   Qayıq   Mingəçevir  



Xəbər lenti