Gədəbəydə toyda karantin qaydaları pozulub

Gədəbəydə toyda karantin qaydaları pozulub
  08 Avqust 2021    Oxunub:1205
Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -
a verilən məlumata görə, tədbirlər zamanı “Ovqat” şadlıq sarayında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı sarayın inzibatçısı barəsində qanunamüvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: Gədəbəy  



Xəbər lenti