Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

   Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
  09 Avqust 2021    Oxunub:1196
Avqustun 9-u saat 17:10-dan 17:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azvision.az


Teqlər: MN   Naxçıvan  



Xəbər lenti