Qarabağa turist səfərləri olacaq

   Qarabağa turist səfərləri olacaq
  10 Avqust 2021    Oxunub:1895
"Dövlət Turizm Agentliyi Qarabağ turizm marşrutları konsepsiyası hazırlayır. Konsepsiyada Ağdam və Füzuli-Xocavənd marşrutları üzrə turlar nəzərdə tutulur.”
Azvision.az xəbər verir ki, bunu Bakı-Şimal-Qərb dəhlizi layihəsinin kordinatoru Nizami Qasımov deyib. O bildirib ki, Ağdama turların avqustun axırında reallaşması planlaşdırılır:

"Əsasən ağdamlılar olmaqla, yaşlı nəslin nümayəndələrinin səfəri nəzərdə tutulur".

Dövlət Turizm Agentliyinin Regional inkişaf sektorunun müdiri Elgün Cavadov bildirib ki, Ağdama turların qiyməti hələ müəyyən edilməyib:

"Amma simvolik olacaq. Biletləri onlayn və offlayn əldə etmək mümkün olacaq. Füzuli-Xocavənd marşrutu üzrə turların gələn il həyata keçirilməsi nəzərdə tutulur. Təlabat olarsa, bu istiqamətdə işlər intensivləşdiriləcək".

Aytən Zəhra Bağırzadə
Azvision.az



Teqlər: Qarabağ   Səfər   Turizm  



Xəbər lenti