"Ceyrandakı xəsarət güllə yarası deyil" - Xidmət rəsmisi

"Ceyrandakı xəsarət güllə yarası deyil" -    Xidmət rəsmisi
  10 Avqust 2021    Oxunub:1220
Şirvan Milli Parkının əməkdaşları tərəfindən yaralı ceyran tutularaq baytar tərəfindən müayinə olunub. İlkin yardım göstərilsə də, təəssüf ki, həyatını xilas etmək mümkün
Azvision.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova açıqlamasında bildirib.

Onun sözlərinə görə, ceyrandakı xəsarət güllə yarası deyil: “Vəhşi təbiətdə yırtıcı-şikar münasibətləri ekosistemin tarazlığını təmin edir, heyvanların yırtıcı təqibindən müdafiəsi zamanı zədə alması halları baş verir və bu da vəhşi təbiətdə baş verən normal hadisədir”.

A.Səmədova bildirib ki, populyasiyada itkinin olmaması mümkün deyil, nisbətən zəif fərdlərin xəstəlik, yırtıcı təqibi və s. təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur və bu hadisə ilk dəfə baş verən hadisə deyil.

“Unutmamalıyıq ki, ceyran həm də milli parkda yaşayan digər yırtıcı heyvanların qidasıdır. Təbiətdə yüz illərlə baş verən təbii prosesləri cəmiyyətdə təşviş obyektinə çevirmək doğru deyil”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Ceyran  



Xəbər lenti