"Əks göstəriş sertifikatları” müvəqqətidir" - Baş infeksionist
“İlkin olaraq poliklinikalarda məsələyə baxılır, dəyərləndirilir, sonda xəstə haqqında məlumatlar Səhiyyə Nazirliyinin tibbi komissiyasına göndərilir və yenidən dəyərləndirilir. Bu komissiya hələ işə başlamayıb. Çünki cəmi 2 gün keçib.
Əks göstəriş konkret xəstənin o durumdakı vəziyyətinin dəyişəcəyini nəzərə alınaraq müəyyən müddətə veriləcək. Onlar dinamik müşahidəyə götürləcək. Düşünmürəm ki, hansısa şəxslərdə vaksinasiyaya birdəfəlik qadağa olsun. Olsa bu, çox az şəxsi əhatə edəcək. Lakin böyük əksəriyyətə əks göstəriş sertifikatı müəyyən müddətlik veriləcək”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Sertifikar Əks-göstəriş Başinfeksionist







Vaxtında, Aydın, Lazımlı!


