"İnsanlar hər şeyi dövlətdən gözləməli deyil" - Həkim

 "İnsanlar hər şeyi dövlətdən gözləməli deyil" -  Həkim
  12 Avqust 2021    Oxunub:1339
"Sərt qapanmaların təkrar olmasını heç kim istəməz. Hər kəs xəstəliyin bitməsini arzulayır. Ona görə də qoyulan qaydalara ciddi riayət etmək lazımdır. Peyvənd olunmaq mütləqdir. İnsanlar hər şeyi dövlətdən gözləməli deyil".
Azvision.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib. O bildirib ki, özümüzü qorumaq üçün qapalı məkanlarda maskalardan istifadə etməli, sosial məsafəni saxlamalıyıq:

“Nəzərə almalıyıq ki, ətrafımızda olan hər üç şəxsdən biri koronavirus daşıyıcısı ola bilər. Çoxu sual verir ki, “peyvənd vurdursaq da, yenidən virusa yoluxacağamsa, o zaman bunun nə xeyri?” Buradan həmin insanlara səslənirəm ki, önəmli olan virusa yoluxacağımız təqdirdə bunu yüngül formada, xəstəxanaya düşmədən keçirə bilərik. Unutmayaq ki, pandemiyaya qalib gəlməyimizin yeganə yolu vaksinasiyadır”.

A.Rəhimov bildirib ki, böyrəklə əlaqəli xəstəliyi olanların reanimasiya müalicəsi bir gün üçün 1000-3000 manat məbləğinə başa gəlir. “Koronaviruslu xəstələrin müalicəsini isə dövlətimiz öz hesabına həyata keçirir. COVID-19 əleyhinə vaksin insan orqanizmində xəstəliyə qarşı antitel yaradır və yoluxma zamanı xəstəliyin yüngül keçirilməsinə şərait yaradır. Dializ alan və uroloji patologiyadan əziyyət çəkənlər vaxtlı-vaxtında həkimə müraciət etməlidirlər. Pasiyenti xəstəxanaya qəbul etməmişdən qabaq PCR testi edilir, KT müayinəsi aparıldıqdan sonra yatışlarını həyata keçiririk. Palata və reanimasiya şəraitində yatan xəstələr üçün lazımi addımlar atılır, dezinfeksiya tədbirləri tətbiq edilir”.

Azvision.az



Teqlər: Koronavirus   Böyrək  



Xəbər lenti