Moskva-Naxçıvan-Moskva aviareysi açılıb

Moskva-Naxçıvan-Moskva aviareysi açılıb
  12 Avqust 2021    Oxunub:2504
Rusiyanın paytaxtı Moskvadan Azərbaycanın Naxçıvan şəhərinə beynəlxalq aviareys açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanı məlumat yayıb.

Bildirilib ki, avqustun 12-də Rusiyanın IRAERO aviaşirkəti tərəfindən Moskva-Naxçıvan-Moskva istiqaməti üzrə ilk reys həyata keçirilib.

Qeyd edək ki, Moskva-Naxçıvan-Moskva aviareysinə biletin qiyməti 430 manat, uçuş müddəti 3 saatdır.

Xatırladaq ki, IRAERO aviaşirkəti gələcəkdə Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində də uçuş həyata keçirməyi planlaşdırır.

Azvision.az


Teqlər: Naxçıvan   Moskva  



Xəbər lenti