Füzuli, Xocalı və Şuşadakı mövqelərimiz atəşə tutulub

   Füzuli, Xocalı və Şuşadakı mövqelərimiz atəşə tutulub
  13 Avqust 2021    Oxunub:1400
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 21:26-da Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsində yerləşən mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə avqustun 13-ü də qarşı tərəf təxribat törədib. Saat 02:30-dan etibarən Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu istiqamətlərə atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Azvision.az



Teqlər: Ermənistan   Atəş  



Xəbər lenti