Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib

Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
  13 Avqust 2021    Oxunub:902
Avqustun 13-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa məktub ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildiriblər ki, parlamentin sədri Türkiyənin Kastamonu, Sinop və Bartın bölgələrində sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılardan kədərləndiyini bildirib, qardaş Türkiyə xalqına, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan Milli Məclisi adından başsağlığı verib, xəsarət alanlara Allahdan şəfa diləklərini ifadə edib.

Azvision.az


Teqlər: Milli-Məclis  



Xəbər lenti