Kəlbəcərdə həlak olan hərbçilər dəfn olunub

   Kəlbəcərdə həlak olan hərbçilər dəfn olunub
  14 Avqust 2021    Oxunub:1365
Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, çavuş Cəfərov Anar Müstəqim oğlu və leytenant Həsənli Eldar Müşfiq oğlu dəfn edilib.
Azvision.az xəbər verir ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu ilə vida mərasimi ailəsinin yaşadığı Yevlax rayon Gülövşə kəndində keçirilib.

Mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra, A.Cəfərov Gülövşə kənd qəbristanlığında dəfn olunub.

Leytenant Həsənli Eldar Müşfiq oğlu ilə vida mərasimi onun ailəsinin yaşadığı Mingəçevir şəhərində keçirilib. Mərasimdə zabitin yaxınları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra Eldar Həsənli Yevlax rayonu, Salahlı kəndi qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

Qeyd edək ki, avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.

Azvision.az


Teqlər: Kəlbəcər   Hərbçi  



Xəbər lenti