Bakıda ağaclıq ərazidə yanğın olub

Bakıda ağaclıq ərazidə yanğın olub
  15 Avqust 2021    Oxunub:812
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Bu barədə Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində, ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 75 m² ərazidə təkər tullantıları yanır.

Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: Yanğın   FHN  



Xəbər lenti