Ermənistanda daha 331 nəfər koronavirusa yoluxdu

Ermənistanda daha 331 nəfər koronavirusa yoluxdu
  15 Avqust 2021    Oxunub:714
Ermənistanda son sutka ərzində daha 331 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 234 558 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 10 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4695 -ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1135 nəfərdir.

Aktiv xəstələrin sayı 6115 nəfər təşkil edir.

Azvision.az


Teqlər: Ermənistan   virus  



Xəbər lenti