Bakıda ağac kəsənlərlə bağlı cinayət işi başlanılıb
Araşdırmalarla, baş vermiş yanğın hadisəsi nəticəsində ərazidə olan 47 ədəd şam ağacının yanması nəticəsində ətraf mühitə ümumilikdə 37 min 800 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilib.
Həmçinin, yanğın mənbəyi kimi müəyyən edilmiş 4 yerdə istintaq-əməliyyat tədbirləri zamanı tezalışan məhlul aşkar edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 260.3 (Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Azvision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


