“Junior Eurovision-2021”-də Azərbaycanı Sona Əzizova təmsil edəcək

 “Junior Eurovision-2021”-də Azərbaycanı Sona Əzizova təmsil edəcək
  16 Avqust 2021    Oxunub:1191
Bu ilin dekabr ayının 19-da Fransanın paytaxtı Parisdə keçiriləcək “Junior Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək.
Azvision.az xəbər verir ki, bunu İctimai Televiziyanın (İTV) mətbuat katibi Aynurə Asimqızı deyib. O bildirib ki, güclü səsə malik olan təmsilçimiz İTV tərəfindən keçirilən “Səs Uşaqlar” mahnı müsabiqəsindən tanınır. Belə ki, sözügedən müsabiqədə S.Əzizova ikinci yerdə qərarlaşmışdı.

Şuarı “Imagine!” (Təsəvvür et!) olan mahnı müsabiqəsinin Parisdəki “La Seine Musicale” kompleksində keçirilməsi planlaşdırılır.

Azərbaycan da daxil olmaqla 14 ölkənin iştirakının qedyə alındığı mahnı müsabiqəsində Gürcüstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrin təmsilçiləri səhnəyə çıxacaqlar.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.

Azvision.az


Teqlər: JuniorEurovision-2021  



Xəbər lenti