FHN zabiti: "Yanğınların söndürülməsi barədə tapşırığın öhdəsindən gələ bildik"
M.Xəlilli bildirib ki, onlar Türkiyənin Muğla vilayətində yanğınların söndürülməsində iştirak edib:
"On gün ərzində yanğınların söndürülməsində yüksək fədakarlıq göstərərək ölkəmizi layiqincə təmsil etdik. Türkiyədə yanğınların söndürülməsinə Azərbaycandan 93 texnika, 743 şəxsi heyət cəlb olunmuşdu. Yanğınlar çətin relyefli, dağlıq və meşəlik ərazilərdə baş versə də, onun söndürülməsi tapşırığının öhdəsindən gələ bildik. Bu, bizim üçün böyük təcrübə oldu. Qardaş ölkədə yanğınları canımız bahasına da olsa söndürməli idik. Bu, Azərbaycan Prezidentinin tapşırığı idi.
Yanğınsöndürmə işlərində türkiyəli mütəxəssislərlə birgə fəaliyyət göstərdik. Çox şükür ki, yanğınların söndürülməsi zamanı əməkdaşlarımızdan xəsarət alan olmadı”.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


