Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

 Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
  16 Avqust 2021    Oxunub:1424
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 16-sı saat 18:45-dən 19:30-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə Azvision.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azvision.az


Teqlər: Atəşkəs   Qarabağ  



Xəbər lenti