FHN-in növbəti qrupu Türkiyədən Vətənə qayıdıb

   FHN-in növbəti qrupu Türkiyədən Vətənə qayıdıb
  16 Avqust 2021    Oxunub:1591
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu bu axşam Vətənə qayıdıb.
Azvision.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında FHN-in qardaş ölkədə meşə yanğınlarının qarşısının alınması və söndürülməsi işləri üçün yanğınsöndürmə qruplarına cəlb olunan texnika və heyətinin qarşılanma mərasimi olub.

Qeyd edək ki, quru yolu ilə gələn texnikalar isə bu gün Türkiyədən Vətənə yola düşüblər.

Azvision.az


Teqlər: FHN  



Xəbər lenti