Ağac kəsməyə görə 9300 manat cərimə

Ağac kəsməyə görə 9300 manat cərimə
  17 Avqust 2021    Oxunub:1512
Binəqədi rayonu Mir Cəlal küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Bu barədə Azvision.az -a Xidmət rəsmisi Vaqif Cavadov məlumat verib. O bildirib ki, araşdırma zamanı sözügedən ünvanda qaraj tikintisi məqsədilə 16 ağacın vətəndaş Rahib Əliyev tərəfindən kəsildiyi və təbiətə 9300 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Azvision.az


Teqlər: Ağac   Cərimə  



Xəbər lenti