“Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək hərbçilərimiz yola salınıb - VİDEO

 “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək hərbçilərimiz yola salınıb -   VİDEO
  17 Avqust 2021    Oxunub:1585
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları İranın Ənzəli şəhərinə yola salınıb.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, ölkəmizi müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 22-də başlayacaq “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək "Tank Biatlonu" (Rusiya), "Artilleriya Atəşinin Ustaları" (Qazaxıstan), "Dəniz Kuboku" (İran) və "Mədəniyyət Ordusu" (Rusiya) müsabiqələrində iştirak edəcəkdir.



Azvision.az



Teqlər: Gəmi   Azərbaycan-Ordusu  



Xəbər lenti