Qarabağın unudulmuş humanitar problemi: itən şəxslərin taleyi
“Xocalı faciəsi beynəlxalq KİV-lər və insan hüquqları təşkilatları tərəfindən qeydə alınsa da, bir çox digər cinayətlərə məhəl qoyulmayıb. Birinci Qarabağ müharibəsi dövründən indiyə qədər 3890 nəfər itkin şəxsin taleyi hələ də məlum deyil”, - deyə müəllif yazır.
Diqqətə çatdırılır ki, 2020-ci il noyabrın 9-da imzalanan üçtərəfli Bəyannamənin 8-ci bəndinə əsasən tərəflər əsirlər və həlak olmuş şəxslərin cəsədlərini dəyişdirməlidirlər. Azərbaycan indiyə qədər 1600-dən çox erməni hərbi qulluqçusunun qalıqlarını qarşı tərəfə təqdim etsə də, Ermənistan hələ də itkin düşən 3890 nəfərin taleyi və ya onların harada dəfn edilməsi haqqında məlumat təqdim etmir. Qeyd edilir ki, Kəlbəcər rayonu işğal edildikdən sonra Başlıbeldə qətlə yetirilmiş mülki şəxslərin aşkar edilmiş kütləvi məzarlığı Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı törətdiyi cinayətin miqyasını göstərir.
Azvision.az
Teqlər: Qarabağ







Vaxtında, Aydın, Lazımlı!


