Lizinqlə maşın alanlara xəbərdarlıq - VİDEO

   Lizinqlə maşın alanlara xəbərdarlıq -    VİDEO
  18 Avqust 2021    Oxunub:1084
Baş Prokurorluq lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktları ilə bağlı videomüraciət edib.
Azvision.az -ın xəbərinə görə, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə təqdim olunan videomüraciətdə bildirilir ki, son zamanlar ölkə ərazisində lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktlarına çox sıx rast gəlinməkdədir. Vətəndaşlara tövsiyə edilir ki, bu kimi dələduzluq halları ilə qarşılaşmamaları üçün avtomobil alarkən rəsmiləşdirməni qanuna uyğun notarial qaydada etsinlər. Müvafiq lizinq şirkətinin qanuni nümayəndəsi olmadan 3-cü şəxslərə hər hansı ödəniş etməyin! Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, qanunamüvafiq qaydada rəsmiləşdirilməmiş avtomobillərin idarəedilməsi yolverilməzdir!



Azvision.az


Teqlər: Lizinq   Avtomobil  



Xəbər lenti