Sağlam olan hər kəs qan donoru ola bilər
“Bundan başqa, qan müxtəlif əməliyyatlarda, avtoqəzalar nəticəsində yaralanma baş verdikdə təcili ehtiyac duyulan təbii preparatdır. Qanın mənbəyi isə yalnız insandır. Vətəndaşların qanvermə aksiyasına marağını alqışlayıram, çünki yeni başlamasına baxmayaraq, qan donoru olmaq üçün kifayət qədər müraciətlər var”.
Müəssisədə COVID-19 pandemiyası ilə əlaqədar mütəmadi olaraq profilaktik dezinfeksiya və digər zəruri təhlükəsizlik tədbirlərinin görüldüyünü diqqətə çatdıran Q.Ələkbərova əlavə edib:
“18-65 yaş arası, çəkisi 50 kiloqramdan artıq, sağlam olan hər kəs qan donoru ola bilər. Kişilər hər 3 ayda, qadınlar isə hər 4 ayda bir dəfə donorluq edə bilərlər“.
Aytən Zəhra
Azvision.az
Teqlər: Qanvermə







Vaxtında, Aydın, Lazımlı!


