Yoluxma saylarında kəskin artım var

   Yoluxma saylarında kəskin artım var
  20 Avqust 2021    Oxunub:1068
Son günlər Azərbaycanda yoluxma saylarında kəskin artım müşahidə edilir. Təəssüf ki, avqustun 1-də yoluxma əmsalı 7 faiz idisə, bu gün 23 faizdir.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, hazırda 18 pandemiya müəssisəsi fəaliyyət göstərir ki, bunlardan 11 müəssisə Bakı, Abşeron, Sumqayıtı əhatə edir.

“Bu gün 2458 nəfər xəstəxanalarda müalicə alır. Ehtiyat xəstəxanalarımız da var. Lakin o xəstəxanaları da koronaviruslu xəstələr üçün ayıranda digər xəstəlikləri olan pasiyentlərin müraciətinə maneçilik yaradılır. Həkimlərimiz bir ildən çoxdur ki, gərgin rejimdə çalışırlar. Bu gün iki doza vaksin almış vətəndaşların sayı 24 faizdir”, - Y. Qarayeva bildirib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Yoluxma   Yaqut-Qarayeva  



Xəbər lenti