Azərbaycanda ilk: Vaksin yaradılması ilə bağlı tədqiqatlara start verilib

      Azərbaycanda ilk:    Vaksin yaradılması ilə bağlı tədqiqatlara start verilib
  21 Avqust 2021    Oxunub:1663
Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimya terapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib.
Azvision.az -ın məlumatına görə, bu barədə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı "Twitter" hesabında bildirib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 384 886 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 343 407 nəfər müalicə olunaraq sağalıb, 5 252 nəfər vəfat edib, 36 227 nəfər aktiv xəstə var.

Azvision.az



Teqlər: Vaksin  



Xəbər lenti