Ordumuzun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub

      Ordumuzun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub
  22 Avqust 2021    Oxunub:1938
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Bu barədə Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azvision.az



Teqlər: Ordu   Mövqe  



Xəbər lenti