Vanetsyan MTX-də dindirilib

Vanetsyan MTX-də dindirilib
  15 Dekabr 2021    Oxunub:625
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin(MTX) keçmiş rəhbəri Artur Vanetsyan dindirilmək üçün MTX-ya dəvət olunub.
AzVision.az xəbər verir ki, bu barədə yerli mediaya Vanetsyanın "Hayrenik" (Vətən) partiyasının mətbuat katibi Sos Akopyan məlumat verib.

Ohanyan baş prokurorluğa çağırılıb
Qeyd edilir ki, Akopyan dindirilmənin məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb. Yalnız Vanetsyanın şəxsən ona aidiyyəti olmayan bir işlə bağlı sorğu-sual edildiyini söyləyib.

Xatırladaq ki, Vanetsyan Ermənistan parlamentində təmsil etdiyi partiyanın və Ermənistan Respublika Partiyasının nümayəndələrindən ibarət “Mənim namusum var” fraksiyasına rəhbərlik edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  



Xəbər lenti