- Məni barəmdə başlanmış cinayət işi çərçivəsində çağırdılar. Prokurorluqla lazımi hüquqi prosedurlara uyğun əməkdaşlıq edəcəyəm. Amma ibtidai istintaqın gedişatını nəzərə alaraq, təfərrüatlar barədə danışmaq istəmirəm,- Ohanyan deyib.
Xatırladaq ki, “Dzora GES” QSC-nin özgəninkiləşdirilməsi prosesində vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə bağlı açılmış cinayət işi çərçivəsində bir sıra keçmiş məmurlara qarşı ittiham irəli sürülüb. O cümlədən, keçmiş müdafiə naziri Seyran Ohanyan, Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının keçmiş sədri Robert Nazaryan, onun müavini Nikolay Qriqoryan, komissiyanın üzvləri Şiraz Kirakosyan və Muşeq Koşetsyana qarşı da ittiham irəli sürülüb.
İstintaqın məlumatına görə, 2010-cu ildə müdafiə naziri olmuş Seyran Ohanyanın imzaladığı gizli sənədlərlə bir sıra qanunlar pozulub. “Dzor SES” QSC-nin 4 milyard 646 milyon 400 min dram (təxminən 9 milyon dollar-red) dəyərində səhm paketi 3 milyard 600 milyon dram (7 milyon dollar-red.) müqabilində “Dzoraget Hydro” MMC-yə özgəninkiləşdirilib.
Qeyd edək ki, dekabrın 8-də Baş Prokurorluq Seyran Ohanyan və onun həyat yoldaşı Ruzanna Xaçatryanın əmlakına həbs qoyub.
Tural Tağıyev
AzVision.az