"Talibanı xalqı qorumaq üçün Kabilə dəvət etdim"- Kərzai

   "Talibanı xalqı qorumaq üçün Kabilə dəvət etdim"-   Kərzai
  15 Dekabr 2021    Oxunub:1082
Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai Talibanla bağlı maraqlı fikirlər səsləndirib. AzVision.az xəbər verir ki, "Associated Press"ə müsahibə verən eks-prezident Talibanı paytaxta gətirməsinin səbəbini açıqlayıb.
O, Əşrəf Qaninin qaçmasından sonra avqust ayında “əhalini qorumaq” üçün Talibanı Əfqanıstanın paytaxtı Kabilə “dəvət etdiyini” etiraf edib.

Kabildə Aİ-nin nümayəndəliyi fəaliyyət göstərəcək
- Bu, Talibana xahiş idi ki, gəlsinlər və əhalini qoruyaq. Qoruyaq ki, ölkə və şəhər xaosa girməsin, - Kərzai müsahibəsində deyib.

Xatırladaq avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi. Taliblər avqustun 15-də Kabilə daxil oldu və ertəsi gün müharibənin bitdiyini elan etdi. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə edildilər. Avqustun 31-nə keçən gecə isə ABŞ hərbçiləri Kabil hava limanını tərk etdilər. Bununla da ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyuldu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Taliban   Əfqanıstan   Kərzai  



Xəbər lenti