|
|
"Azərbaycanla razılaşma bölgənin simasını dəyişəcək"- Paşinyan |
- Bu gün beynəlxalq ictimaiyyət Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır. Sülh təşəbbüslərinə dəstək var, yalnız tərəflərin ümumi dil tapması lazımdır. Bu bizim vəzifəmizdir. Biz özümüz buna nail olmalıyıq, - Marukyan deyib.
Siyasətçi əmindir ki, heç bir kənar oyunçu belə ciddi məsuliyyəti öz üzərinə götürməyəcək və tərəflərə hər hansı hazır "reseptlər", təkliflər verməyəcək. Çünki növbəti eskalasiya baş verərsə, hamı məhz həmin moderatorları günahlandıracaq.
Xatırladaq ki, Azərbaycan və Ermənistan rəhbərləri dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər. Görüşdən sonra Paşinyan bildirib ki, İrəvan və Bakı dəmir yolunun bərpası ilə bağlı razılaşmanı təsdiqləyib. Dekabrın 15-də isə Belçika paytaxtında Fransa prezidentinin vasitəçiliyi ilə növbəti görüş baş tutub.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


