Ermənistanda baş qərargah rəsinin müavini işdən çıxarıldı

Ermənistanda baş qərargah rəsinin müavini işdən çıxarıldı
  16 Dekabr 2021    Oxunub:1019
Ermənistan prezidenti Armen Sarkisyan Stepan Qalstyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, müvafiq sənəd cümə axşamı prezidentin saytında yerləşdirilib. Fərman baş nazir Nikol Paşinyanın təklifi ilə imzalanıb.

"Tonoyan işi" uzanır: "KQB zirzəmisi"ndə olan Qalstyanın səhhəti pisləşib
Xatırladaq ki, Qalstyan oktyabrın 2-də yararsız aviasiya raketlərinin alınması ilə bağlı cinayət işi çərçivəsində həbs edilib. Lakin bu müddət ərzində o, Baş Qərargah rəisinin müavini adını daşıyıb.
Eyni cinayət işində Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan, aviasiya departamentinin keçmiş rəhbəri Avetik Muradyan və biznesmen David Qalstyan (“Patron David” kimi tanınır-red) əlinin olduğu bildirilir. Onlar da hazırda həbsdədirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Həbs   Ermənistan  



Xəbər lenti