"İrəvan siyasətçi jurnalistləri casus proqramlarıyla izləyir"

   "İrəvan    siyasətçi    və    jurnalistləri  casus proqramlarıyla izləyir"
  17 Dekabr 2021    Oxunub:1792
Ermənistan siyasətçilərə və jurnalistlərə qarşı casusluq proqramlarından istifadə edən ölkələrin siyahısına düşüb. AzVision.az xəbər verir ki, bu barədə informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan yerli mediaya verdiyi açıqlamada məlumat verib.
- Ermənistan ilk dəfə olaraq belə ölkələrin siyahısındadır. Siyasətçilərin və jurnalistlərin telefonlarına gizli şəkildə casus proqramları yerləşdirilir. "Meta" və "Citizenlab" şirkətlərinin araşdırmalarına görə, izləmə əməliyyatları üçün Makedoniyanın "Cytrox" şirkətinin casus proqram təminatından istifadə edilir. Hansı ki, tətbiq androidlərə gizli şəkildə yüklənə bilir. Dəqiq kimlərə yükləndiyini bilmirəm,- ekspert deyib.

Ermənistanda müxalifət izlənilir: Vanetsyan sübut məktubu yaydı
Bildirilir ki, casus tətbiqi real saytlardakı keçidlər vasitəsilə müəyyən şəxslərin xəbəri olmadan onların telefonlarına yüklənir.

"Citizenlab" araşdırmasında "Meta"nın gəldiyi nəticələrə istinad edir. "Cytrox"un müştəriləri isə Misir, Ermənistan, Yunanıstan, Səudiyyə Ərəbistanı, Oman, Kolumbiya, Kot-d'İvuar, Vyetnam, Filippin və Almaniyadakı təşkilatlardır.

Qeyd edək ki, bu il Ermənistanda müxalifətçilər, deputat və media nümayəndələrinin izlənməsi ilə bağlı qalmaqallı faktlar aşkarlanmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Casus   Ermənistan   İzləmə   Siyasətçi  



Xəbər lenti