Onlar faciənin nədən qaynaqlandığını başa düşməyiblər. Əks halda özləri də əziyyət çəkərdilər. Yaxud da bu adamlar hər şeyi anlayırdılar, amma proseslərin sonunda deyil, əvvəldən başa düşürdülər ki, bizim faciəmiz nədədir. "Yeni Ermənistan",(Paşinyanın yeni devizi belə adlanır-red.) yeni yaralar...
Paşinyanın oğlunun bar fotosu Ermənistanda qəzəblə qarşılandı |
Məsələ onda deyil ki, Ermənistanda diskoteka olmasın və insanlar diskotekaya getməsinlər. Həyat təbii ki, davam edir. Amma Nikolun ailə üzvləri və partiyadaşları tez-tez hərbi qurbanların verilməsi, evə dönməyən məhbusların qalması fonunda diskotekada kef edirsə, bu, artıq onların ruh halından xəbər verir. Gətirdikləri fəlakət onları maraqlandırmır. Anaların "bətnlərinə girib" övladlarını apardılar, büdcəyə girdilər, pul yığıb diskotekada xərclədilər.
Həyaları, vicdanları olsaydı, başlarını quyuya soxardılar, diskotekalarda vaxt keçirməzdilər. Minlərlə gəncin başını yedilər, amma bu gənclər sən demə heç onlara lazım da deyilmiş Bu uşaqlar gəzirdilər, gəncliklərini keçirirdilər. Bu şəxslərin məlum proseslərə mənəvi və siyasi haqqı yoxdur. Onlar minlərlə gənci diskotekaya getmək, həyatdan həzz almaq imkanından məhrum ediblər. Sizə əbədi lənət olsun. Ölən hərbçilərin cəsəd qalıqlarını aylarla morqlardakı torbalarda saxlayır, betonun üstünə atıb unudurlar. Sonra diskotekalarda sakitcə kef edirlər. “Məxməri” inqilab əxlaqsız şəkildə hakimiyyətə yol açdı, indi bu əxlaqsızlıq yeni istiqamətlər təyin edir-,məqalədə yazılıb.
Xatırladaq ki, Aşot Paşinyan İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə belə həyat tərzi keçirməsinə görə erməni mediasının tənqidinə tuş gəlib.
Tural Tağıyev
AzVision.az