Paşinyanın oğlunun bar fotosu Ermənistanda qəzəblə qarşılandı
![Paşinyanın oğlunun bar fotosu Ermənistanda qəzəblə qarşılandı Paşinyanın oğlunun bar fotosu Ermənistanda qəzəblə qarşılandı](https://azvision.az/photos/2021/02/yuyuy-1613110767.jpg)
Bu gün isə baş nazirin oğlu Aşotun barda əyləndiyini əks etdirən görüntülər yayılıb. Onun sosial şəbəkələrdə paylaşılan fotosu etiraz doğurub.
“Aşot xoşbəxt siması ilə barlardan birində görüntülənib. Kanadalı jurnalist Nil Hauer özünün “Twitter” hesabında yaydığı fotodan ölkə rəhbərinin ailəsinin hansı ab-havada olduğu aşkar görünür. Hauer özü də qeyd edib ki, fotoda Nikol Paşinyanın oğlu Aşot Paşinyanla barda qarşılaşıblar. Xalq hələ də yüzlərlə itkin oğlunu axtarır, baş nazirin oğlu isə bayram, kef əhval-ruhiyyəsində barları gəzir”,- deyə erməni mətbuatı yazıb.
Tural Tağıyev
Azvision.az