Rusiya yeni anti-dron yaradıb: Əsas hədəf "Bayraktar"dır

// Yeni "Orion" PUA ovçusuna çevrilə biləcəkmi?

      Rusiya yeni anti-dron yaradıb:  Əsas hədəf "Bayraktar"dır
  23 Dekabr 2021    Oxunub:5118
İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin "Bayraktar" TB2 Pilotsuz Uçuş Aparatı (PUA) dünyanın diqqətini özünə çəkməyi bacardı. Azərbaycan ordusunun arsenalında olan bu PUA-lar qüsursuz işləyərək yüzlərlə düşmən mövqeyini uğurlu şəkildə məhv etdi.
Müharibədən sonra isə əksər ölkələr məhz "Bayraktar"ların sayəsində Türkiyə hərbi sənayesinə marağı birə-beş artırdılar. Hazırda türk PUA-ları dünya reytinqində ön sıralarda qərarlaşır. Maraqlıdır ki, Türkiyə hərbi sənayesinin bu uğuru əksər böyük ölkələrdə, o cümlədən Rusiyada birmənalı qarşılanmır.

“Bayraktar” labirinti – TƏHLİL
Rusiyalı mütəxəssislər artıq bir ildən çoxdur ki, hər vəchlə qarşısıalınmaz "Bayraktar"ları sıradan çıxara biləcək yeni silah axtarışına çıxıblar. Bu gün isə yerli hərbi saytlar bir neçə gün öncə sınaqdan keçirilmiş yeni silah haqqında maraqlı məqalə dərc ediblər. Yazıda qeyd edilir ki, tezliklə orduda bütün hücum dronları üçün kabusa çevriləcək kompleks peyda olacaq. AzVision.az məqalədən maraqlı hissələri oxuculara təqdim edir.

- Türk PUA-sı "Bayraktar" TB2 də həmin kompleksin qurbanları arasında ola bilər. "Orion" hücum PUA-sı 9M133FM-3 raketi ilə düşmənin pilotsuz təyyarələrini vura biləcək. Üstəlik, bu qurğu yerdən də işə salına bilər. Raketin uçuş məsafəsinin artırılması isə mobil anti-dronları 10 kilometrə qədər məsafədə yerləşdirməyə imkan verəcək. Bundan başqa, 7 kilometr hündürlükdə olan düşmənin bütün dronları kompleksin hədəfinə çevriləcək,- hərbi nəşr yazıb.


Məqalə müəllifi adı açıqlanmayan mənbələrə istinad edərək mütəxəssislərdən sitat gətirib. Onların sözlərinə görə, “Orion” pilotsuz uçuş aparatının radar stansiyası (RLS) həcminə görə kiçik olmaqla yanaşı yüngüllüyü ilə də seçilir.

- O, istənilən düşmən PUA-sını izləyə və onların zərbə məsafəsinə yaxınlaşması barədə xəbərdar edə biləcək. Yaxın gələcəkdə “Kornet” tank əleyhinə raket kompleksinin bu mobil radarla kombinasiyası PUA-ların məhvinə yönəlmiş unikal və ucuz sistem yaratmağa imkan verəcək. Belə bir PUA "qatili” müasir hücum dronlarından, o cümlədən Türkiyənin "Bayraktar"larından qorunmaq istəyən ölkələrə satıla bilər.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Bayraktar   Rusiya   Türkiyə  



Xəbər lenti