Köçəryandan sərsəm bəyanat: "Hadrut və Şuşanı alacağam"

   Köçəryandan sərsəm bəyanat:    "Hadrut və Şuşanı alacağam"
  27 Dekabr 2021    Oxunub:2564
Ermənistanın eks-prezidenti Robert Köçəryan bəyan edib ki, əgər hakimiyyətə gəlsə, Qarabağla bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata yenidən baxmayacaq.

AzVision.az xəbər verir ki, o təəssüf hissi ilə bu sənədin əsas bəndlərinin artıq həyata keçirildiyini qeyd edib.
"Effektiv" orduya malik ölkə statusunu itirmişik"- Köçəryan
- Bütün ən pis şeylər artıq baş verib. İndi isə bu bəyanatla necə davranacağını müzakirə etməyin mənası yoxdur. Sənədin bütün ən pis məqamları artıq həyata keçirilib və heç bir rasional insan onu pisləməyəcək, - Ermənistanın ikinci prezidenti deyib.

Eyni zamanda, Köçəryan jurnalistin hakimiyyətə gələrsə, Hadrut və Şuşanın zəbt etməyə çalışıb-çatmayacağı ilə bağlı sualına müsbət cavab verib. Onun sözlərinə görə, heç olmasa keçmiş "DQMV"nin "sərhədlər"inin bərpasına, Hadrut və Şuşanın tutmağa çalışmaq lazımdır. Ermənistanın eks-prezidenti gülməli şəkildə iddia edib ki, bunun üçün müəyyən şans var.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Şuşa   Köçəryan  



Xəbər lenti