Talibandan mediaya yeni qadağa- Xarici serialların nümayişi dayandırılır

   Talibandan mediaya yeni qadağa- Xarici serialların nümayişi dayandırılır
  28 Dekabr 2021    Oxunub:590
Əfqanıstanda hərbi yolla hakimiyyəti ələ keçirmiş Taliban növbəti anormal qadağaları ilə diqqət çəkib. AzVision.az xəbər verir ki, bu barədə yerli media nümayəndələri məlumat yayıblar.
Rusiya mətbuatına açıqlama verən əfqan jurnalistlər taliblərin yerli telekanallara şəriət normalarına zidd olan xarici serialların, hicabsız qadınların görüntülərini, eləcə də hər hansı şən mahnının nümayişini qadağan etdiyini deyiblər.

Taliblər aksiya keçirən qadınlara atəş açıb
Bildirilir ki, Mədəniyyət Komissiyası qızların hətta reklamlarda dəbli geyimdə nümayişini də qadağan edib. Çünki ölkədə bütün qadınlar hicab geyinməlidir.

- Bundan əlavə, media əfqan mədəniyyətinə və şəriət qanunlarına zidd olan xarici televiziya verilişlərini dayandırmalıdır və mahnılardan istifadə isə qəti şəkildə qadağan edilib. Komissiya həm də belə qərar verib ki, media şayiələrə əsaslanmamaqla, “balanslaşdırılmış” xəbərlər təqdim etməlidir. Əfqanıstanda yayımlanan xarici KİV isə bu ölkənin hakimiyyət orqanları tərəfindən müəyyən edilmiş normalara riayət etməlidir, əks halda onlara qadağa qoyulacaq. Media nümayəndələrinin sözlərinə görə, bu qadağalar səbəbindən bəzi filiallar bağlanmalı olacaq,-məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Taliban   Qadağa   Əfqanıstan  



Xəbər lenti