Ermənilər Paşinyanın Qazaxıstan paylaşımını lağa qoydular

Ermənilər Paşinyanın Qazaxıstan paylaşımını lağa qoydular
  06 Yanvar 2022    Oxunub:1036
Ermənistanın baş naziri Nikol Paşinyanın sosial şəbəkələrdə Qazaxıstanla bağlı etdiyi paylaşım yerli mediada tənqidlə qarşılanıb. AzVision.az xəbər verir ki, saytlar ermənilərin ölkə rəhbərinin Qazaxıstan hadisələrinə reaksiya verməsini lağa qoyduğunu yazıb.
"Hraparak" nəşrində dərc olunan məqalədə qeyd edilir ki, xalq erməni hərbçilərinin Qazaxıstanda peyda olmasına müsbət reaksiya verməyib.

KTMT Qazaxıstana sülhməramlı qüvvələr göndərəcək
- Paşinyanın KTMT Kollektiv Təhlükəsizlik Şurasının Qazaxıstanda vəziyyəti sabitləşdirmək və problemi həll etmək üçün bu ölkəyə qısa müddətə sülhməramlılar göndərəcəyi barədə məlumat yayması birmənalı qarşılanmadı. Bu paylaşımdan bir neçə saniyə sonra sosial şəbəkələrdə Nikol Paşinyana Qazaxıstanın 44 günlük müharibədəki mövqeyini xatırladan çoxlu sayda yazılar peyda oldu. Onların arasında baş naziri ələ salan, hətta təhqir edən şərhlərə də rast gəlmək olar. Bu cür diqqət çəkən yazıların bəzilərini təqdim edirik.

"Qarabağda müharibə zamanı bura övladını göndərməyən, amma uşaqlarını Qazaxıstana göndərməyə hazır olan valideynlərin simasını görmək istəyirəm".

"Əziz qazaxlar, gözləyin, Paşinyanın bu açıqlaması, ölkənizin 80%-dən çoxunun Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnəcək..."

"Nikol Rusiyanın feldmarşalı oldu. Rus hərbçiləri Ermənistanda, Azərbaycanda, indi isə Qazaxıstanda peyda olurlar".

"Bu qərar o qədər absurddur, o qədər gülməli, o qədər paradoksaldır ki, daha sözüm yoxdur...".

"Mən indicə Nur-Sultandakı mövqelərdən gəlmişəm, vəziyyət qoşunlarımızın nəzarətindədir".(Semyon Peqovun məşhur dezinformasiyaları xatırlanıb-red)

"Ermənistandan Qazaxıstana "Erato" və Stepik Səfəryandan ibarət xüsusi dəstə göndərilməsini təklif edirəm. Onların nəyisə əldə edəcəkləri inandırıcı görünmür. Amma ümid var ki, geri qayıtmasınlar".

"Ermənistan Qarabağa qoşun yeridir? Yox, yox, Qazaxıstana..."

"Nikol inqilabı yatırmaq üçün Nur-Sultana qoşun göndərir".

"Əgər erməni əsgərini göndərsən, bu orada yaşayan ermənilərin burnundan gətiriləcək. Siz etnik münaqişəyə səbəb olursunuz".

Xatırladaq ki, yanvarın 6-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının (KTMT-nin ali orqanı-red) sədri kimi iştirakçı ölkələrin liderlərinin Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul etdiklərini açıqlayıb. O erməni hərbçilərin də bu ölkəyə gedəcəyini qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Sülhməramlı   Qazaxıstan  



Xəbər lenti