Nəşr yazır ki, saxlanılan Skott Merriman adlı Amerika vətəndaşı olub. Merriman deyirmiş ki, guya Tanrı ona Vaşinqtona getməyi və “millətin ürəyindəki ilanın başını kəsməyi” əmr edib.
“New York Post” qəzeti isə yazır ki, Kanzas polisi bununla bağlı əvvəllər Məxfi Xidmətə məlumat ötürübmüş. Məlumatda deyilib ki, Merriman onlara zəng edərək “prezidenti görmək” üçün Vaşinqtona yollanacağını bəyan edib. O, hüquq-mühafizə orqanlarının nümayəndələrinə Baydenə insanların "ölkədəki parçalanmadan bezdiyini və Allaha müraciət etməsini" söyləmək üçün Ağ Evə getdiyini deyib. Merriman həmçinin Facebook səhifəsində də hədələyici paylaşımlar edibmiş.
Gizli Xidmət əməkdaşları çərşənbə günü Merrimanı avtomobillə Kanzasdan Merilend ştatına gdərkən restoranın dayanacağında saxlayıblar.
Onda silah və hədəfləri müşahidə etmək üçün optik cihaz aşkar edilib.
“New York Post”un məlumatına görə, cümə günü Merrimana qarşı cinayət işi açılıb.
Tural Tağıyev
AzVision.az