Rusiya və Belarus “Müttəfiqlər Qətiyyətli - 2022” təlimlərinə başlayıb - VİDEO

Rusiya və Belarus “Müttəfiqlər Qətiyyətli - 2022” təlimlərinə başlayıb -    VİDEO
  10 Fevral 2022    Oxunub:1411
Rusiyanın Belarusla birgə planlaşdırdığı “Müttəfiq Qətiyyəti-2022” adlı irimiqyaslı hərbi təlimləri başlayıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, Belarusun 5 poliqonunda, eləcə də digər ayrı-ayrı xüsusi seçilmiş ərazilərdə eyni anda irimiqyaslı manevrlər keçirilir.

Rusiya və Belarus hərbçiləri ilk təlim koordinasiyasına başlayıblar - VİDEO
- Əraziyə çoxlu sayda canlı qüvvə və hərbi texnika cəlb olunub. Təlimlər zamanı xarici aqressiyanın qarşısının alınması və dəf edilməsi üzrə tapşırıqlar işlənəcək. Planlaşdırılan təlim ssenarisinə əsasən, hərbçilər dövlət sərhədinin mühafizəsini gücləndirəcək, silahlı dəstələrin ölkəyə keçməsinin qarşısını alacaq, silah və sursatların çatdırılması "kanallar"ını bağlayacaq. Onlar həmçinin xəyali düşmənin qanunsuz birləşmələrini və təxribat-kəşfiyyat qruplarını tapıb məhv etməlidirlər.



Xatırladaq ki, bir müddət öncə Rusiyanın müdafiə naziri Sergey Şoyqu rusiya qoşunlarının Belarusla təlimlər üçün 10 min km məsafə qət etdiyini bildirmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Belarus   Təlim  



Xəbər lenti