"İnamlı addımlarla diktaturaya doğru irəliləyirik"- Erməni deputat

   "İnamlı addımlarla diktaturaya doğru irəliləyirik"-    Erməni deputat
  10 Fevral 2022    Oxunub:1564
"Ermənistan hökuməti və Avropa İttifaqının strukturları siyasi sövdələşməyə başlayıb. “Hayastan” fraksiyasının üzvləri xüsusən də hakim Boris Baxşiyanın həbsindən sonra bu qənaətə gəliblər"
AzVision.az xəbər verir ki, bunu deputat Vahe Akopyan parlamentdə keçirdiyi brifinqdə məhkəmə sistemindəki proseslərə toxunarkən deyib.

Erməni ordusunda casus şəbəkəsi - VİDEO
- Ölkəmiz inamlı addımlarla diktaturaya doğru irəliləyir və hakim Boris Baxşiyanın ("Sisakan" dəstəsinin komandiri Aşot Minasyanın işinə rəhbərlik edib-red.) həbsi məhkəmə sisteminin və ədalətin tabutuna son mismar oldu,- Akopyan qeyd edib ki, bu fonda Avropa strukturları susmaqda davam edir.

O, həmçinin sual verib ki, Avropa strukturları nəyin bahasına susqunluq nümayiş etdirilər? İndiki hakimiyyət onlara nə vəd edir?

Fraksiyanın digər üzvü Armen Çarçyan Baxşiyanın həbsinin ciddi və pis bir presedent olduğunu qeyd edib.

Xatırladaq ki, İrəvan məhkəməsi ötən həftə Zəngəzur vilayətinin ümumi yurisdiksiyasının hakimi Boris Baxşiyanı həbs edib. O, bir müddət əvvəl könüllü dəstənin müxalif fikirli komandiri olmuş Aşot Minasyanı həbsdən azad etmişdi.

Ermənistandakı mövcud qanunvericiliyə görə isə hakimlərə qarşı cinayət işlərinin təfərrüatları açıqlanmır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Deputat   Hakim  



Xəbər lenti