Erməni ordusunda casus şəbəkəsi - VİDEO

// 19 əsgər saxlanılıb

   Erməni ordusunda casus şəbəkəsi  - VİDEO
  10 Fevral 2022    Oxunub:4656
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) xarici xüsusi xidmət orqanları tərəfindən yaradılmış və ölkə ərazisində fəaliyyət göstərən geniş casus şəbəkəsini üzə çıxarıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
MTX-nın mətbuat xidmətinin məlumatına görə, kəşfiyyat şəbəkəsinə onlarla erməni hərbçi cəlb edilibmiş. Sosial şəbəkələrdə ifşa olunma riskini azaltmaq üçün qadın adı və fotoşəkilləri ilə çoxsaylı saxta hesablar açılıb. Bu hesablar vasitəsilə xarici kəşfiyyatçıların erməni zabitləri ilə tanışlığı təşkil edilib.
"Axsaq general"la əsəb oyunu: Ohanyanın avtomobilinə qadağa qoyulub

Savadsız olan və görünür asan yolla qazanc əldə etməyə çalışan erməni zabitləri ələ alan bu hesabların yaradıcıları onlara müəyyən mükafatlar vəd ediblər. Bunun müqabilində fərqli xarakterli məlumatları ötürməyi təklif ediblərmiş: qoşunların yerləşməsi, şəxsi heyətin və hərbçilərin sayı, texnika, döyüş sursatının miqdarı, hərbi hissələrin komandanlıq strukturu, müdafiənin yerləşdirilməsi və s. məsələlər bura daxil edilib.

Agent şəbəkəsinin yaradıcıları rəsmi statuslarına görə qeyd olunan məlumatlara bilən insanları şirnikləndirə biliblər. Sonuncular mobil proqramlar vasitəsilə malik olduqları və xarici xüsusi xidmət orqanlarının tələbi ilə əldə etdikləri məlumatları öz dövlətlərinə qarşı xəyanətkar davranışlar sərgiləməklə “kuratorlarına” göndəriblər.


Genişmiqyaslı əməliyyat tədbirləri çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları düşmən kəşfiyyatının xeyrinə gizli fəaliyyətlə məşğul olan Ermənistan vətəndaşlarının şəxsiyyətini müəyyən etməyə nail olublar. İstintaq zamanı 30-dan çox axtarış aparılıb, cinayət işi üçün mühüm əhəmiyyət kəsb edən çoxsaylı sənəd və əşyalar müəyyən edilərək götürülüb. Həmçinin xarici valyutada pulun köçürülməsini təsdiq edən çeklər aşkar edilib. Ümumilikdə 19 hərbçi saxlanılıb, onlardan bəziləri artıq əməllərini etiraf ediblər.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Casus  





Xəbər lenti