"Axsaq general"la əsəb oyunu: Ohanyanın avtomobilinə qadağa qoyulub

      "Axsaq general"la əsəb oyunu:   Ohanyanın avtomobilinə qadağa qoyulub
  10 Fevral 2022    Oxunub:1814
Ermənistanda "Qarabağ klanı"nın təmsilçilərinə qarşı yeni təzyiq metodları tətbiq edilir. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, iqtidar ölkəyə rəhbərlik etmiş keçmiş məmurlarla "əsəb oyunları" təşkil edir.
- Məsələn, “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan 8-ci çağırış parlament yenicə formalaşan zaman ona avtomobillə parlamentin həyətinə girməyə icazə verilmişdi. Sonradan məlum olub ki, "Vətəndaş Müqaviləsi"nin (Nikol Paşinyanın partiyası-red.)üzvləri onun əraziyə avtomobillə daxil olmasına imkan verməyiblər. Xüsusən də fraksiyanın rəhbəri Hayk Konjoryan bu işdə aktiv görünüb. Hazırda Ohanyana parlament ərazisinə şəxsi avtomobili ilə girməsi qadağan edilib.

Ohanyan baş prokurorluğa çağırılıb
Konjoriyan və digərləri Birinci Qarabağ müharibəsində qalib adı almış və döyüşlərdə yaralanmış generalla onların arasında hansı fərqin olmasını həqiqətən bilmirlər. Əvəzində deputat Zaruhi Batoyan əlil arabası ilə parlamentin həyətinə girmək hüququna malikdir. Seyran Ohanyan da hərəkət etməkdə çətinlik çəkir. Ona görə də yayda ona xidmət edən avtomobil parlamentin həyətinə buraxılırdı. Lakin indi park etmək hüququ olmayan sürücü Ohanyanı uzaqda düşürərək ərazini tərk edir,-məqalədə yazılıb.

Qeyd edilir ki, Ohanyanın adamları parlamentin əməkdaşlarından onun xidməti avtomobilini 3-5 dəqiqə həyətdə saxlamağı xahiş ediblər. Əvvəlcə razılıq verilib, parlamentin aparat rəhbəri təhlükəsizlik xidmətinə sənəd göndəribmiş ki, orada da Seyran Ohanyan və Zaruhi Batoyanın adları göstərilibmiş.

- Lakin bir müddət sonra, oktyabrda Seyran Ohanyanın təkbaşına yeriyə biləcəyini nəzərə alaraq onun avtomobillə həyətə girmək hüququndan məhrum edilməsi ilə bağlı yeni siyasi qərar qəbul edilib və məlum imtiyazdan hazırda yalnız Batoyan istifadə edir. Üstəlik, parlament işçiləri sonuncu üçün, hətta "AN 334" nömrəli otağa asanlıqla daxil olmaq üçün pul xərcləyərək onun əlil arabasını qaldırmağa hesablanmış xüsusi lift quraşdırıblar.

Seyran Ohanyana gəlincə, parlament bu "ucuz" qərarı şərh etmir. Dedilər ki, bu qaydaları biz müəyyən etmirik, vəssalam. Açığı, bu, yuxarıdan gələn sifariş kimi görünür. Görünür köhnələrin əsəblərini hələ çox yoxlayacaqlar,-məqalə müəllifi yazıb.

Xatırladaq ki, hazırda Ermənistan müxalifətinin əsas fiqurlarından sayılan Seyran Ohanyan müdafiə naziri vəzifəsində çalışıb. O, Birinci Qarabağ müharibəsinin iştirsakçısı olub. O zaman hərbçilərimiz onu yaraladığı üçün Ohanyan bəzən "axsaq general" adlandırılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ohanyan   Ermənistan   Parlament   Müxalifət  





Xəbər lenti