"Danışıqların gündəliyini Bakı diqtə edir" - Köçəryan

   "Danışıqların gündəliyini Bakı diqtə edir" -    Köçəryan
  17 Fevral 2022    Oxunub:1507
Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Köçəryan İrəvanla Ankara arasındakı münasibətlərin normallaşmağa doğru getməsindən danışıb. AzVision.az xəbər verir ki, Köçəryan guya özünün də heç vaxt Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının əleyhinə olmadığını iddia edib.
Köçəryan hesab edir ki, bu gün meydanda baş verən proseslər Ermənistan üçün çoxsaylı xərclərlə müşayiət olunur.

Paşinyan Azərbaycanla saziş imzalamaq istəyir
- Ermənistan Türkiyə ilə deyil, Türkiyə-Azərbaycan tandemi ilə danışıqlar aparır. Bu danışıqların gündəliyini Bakı diktə edir və sonra da Türkiyə onları Ermənistana təqdim edir. Bu proses Ermənistan üçün yaxşı heç nə vəd etmir. İkinci bir tərəfdən isə Ermənistan-Türkiyə sərhədinin açılması ilk 5 ildə bizim iqtisadiyyatımız üçün şok effekti verəcək.

Erməni məhsulları üçün çoxlu problemlər yaranacaq. Sərhədlərin açılmasından sonra nələrin baş verəcəyi ilə bağlı hələ də ciddi hesablamalarımız yoxdur. Bizə ən azı 3-5 il ərzində öz bazarımızı qorumaq üçün proqram lazımdır, amma o bizdə yoxdur.

Keçmiş dövlət başçısı əmindir ki, sərhədin açılmasından ən çox Türkiyə tərəfi faydalanacaq. Ona görə də indiki mərhələdə sərhədin açılmasını tələb edən İrəvan deyil.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Köçəryan   Türkiyə   Ermənistan   Sərhəd   Bakı  



Xəbər lenti