|
| Ordumuz Sarkisyanın sevimli kəşfiyyatçısını belə məhv edib - Təfərrüatlar |
Henrik Abovyan rayonunda anadan olub və 2 iyul 2019-cu ildə orduya çağırılıb. Cəbrayılda xidmət edirmiş. 44 günlük müharibədə də ilk olaraq Cəbrayılda döyüşlərə cəlb edilib. Anası deyir ki, müharibənin ilk günü ona zəng vuraraq, ağlaya-ağlaya yalnız bir cümlə - “Bu əsl müharibədir, bizim oğlanlarımız...” deyib. Ana dərhal Henrikə geri zəng vurub, lakin cavab verən olmayıb. O, oktyabrın 2-də bölüklə birgə üç günlik mühasirəyə düşüb. Bir neçə gün yalnız narla dolanıblar. Oktyabrın 7-də isə yaralanaraq Zəngəzurun Xndzoresk kənd xəstəxanasına aparılıb.
Müəllif hərbçilərimizin uğurlu əməliyyatla mühasirəyə salaraq məhv etdiyi erməni bölüyündən təsadüfən sağ qalan Henrikin oktyabrın 26-da yenidən Azərbaycan torpaqlarında gedən döyüşlərə göndərildiyini yazıb.
- Onu tam sağalmamış Şuşaya qaytarıblar. Burada iki gün qaldıqdan sonra Qırmızı Bazara gətirilib. O, telefonla çox danışmaq istəmirdi və bəzən üstörtülü danışırdı. Atası ən çox sevdiyi mahnının hansı olduğunu soruşduqda o, “Şuşanı heç kimə vermərik” deyib. Bundan bildik ki, Şuşadadır. Oktyabrın 28-də danışdıq. Bacısı dedi ki, “Sənin toyunu Bakıda edəcəyik”. Bir neçə saat sonra isə onun da içində olduğu maşın partladılıb,- Haykın anası sayta açıqlamasında deyib.
Məqalədə həmçinin qeyd edilib ki, işğalçı ordunun əsgəri tanınmaz halda olubmuş. Valideynləri onun haqqında əlavə informasiyalar almaq üçün Ermənistan Müdafiə Nazirliyinə müraciət ediblər və Henrikin cəsədinin yalnız noyabrın 22-də Qırmızı Bazarda tapılması barədə məlumat alıblar. Cəsədin Henrikə aid olması dekabrın 31-də DNT analizinin cavabı ilə müəyyən edilib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


