"Petrosyan Şuşada yaşayırdı. O Birinci Qarabağ müharibəsi illərində Arkadi Ter-Tadosyanın 15 nəfərlik diversant bölüyü-xüsusi kəşfiyyat dəstəsinin tərkibində döyüşüb. Bu dəstə ilə Şuşa döyüşlərində aktiv iştirak edib. Müharibədən sonra elə bu şəhərdə qalaraq yaşayıb. Hətta Serj Sarkisyanın (Ermənistanın keçmiş prezidenti - red.) ona İrəvana gələrək mühüm vəzifədə işləmək təklifindən də imtina edib".
Məqalədə iddia olunur ki, hərbi cani, eks-prezident Serj Sarkisyanın xüsusi diqqət göstərib paytaxta dəvət etdiyi bu "döyüşçü" Xocalı qatilinin sevimli kadrlarından ola bilərmiş.
Tavuşda erməni hərbçinin meyiti tapılıb |
Sonradan Serjikin ölüm xəbəri yayıldı. Meyitlər götürüləndə məlum olub ki, Serjikin də olduğu 3 nəfər hərbçi yaxın döyüşdə öldürülüb,-məqalədə qeyd edilir.
Göründüyü kimi Birinci Qarabağ müharibəsində əli günahsız insanların qanına batmış, və köhnə kəşfiyyatçı olmuş məşhur ermənini peşəkar hərbçilərimiz əlbəyaxa döyüşlə rahat şəkildə məhv ediblər. Serj Sarkisyanın sevimli "hərbçisinin" yaxın məsafədən-üzbəüz döyüşlə aradan götürülməsi ordumuzun hazırlıq gücünü bir daha göstərmiş oldu.
Tural Tağıyev
AzVision.az