Tavuşda erməni hərbçinin meyiti tapılıb
![Tavuşda erməni hərbçinin meyiti tapılıb Tavuşda erməni hərbçinin meyiti tapılıb](https://azvision.az/photos/2021/11/sfds-1637763442.jpg)
- Tavuşdakı mövqelərdən birində çağırışçı əsgərin meyiti tapılıb. Qeyd olunur ki, noyabrın 24-də saat 14:50 radələrində sərhədin şimal-şərq istiqamətindəki postlardan birində müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü sıravi Suren Avetisyanın güllə yarası ilə meyiti aşkar edilib. Güllə onun başından dəyib. Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır,-yerli saytlar nazirliyə istinadla yazıb.
Tural Tağıyev
AzVision.az